AZ

Baltimorda körpünün uçması nəticəsində ABŞ 100-200 milyon dollar itirir

baltimorda
ABŞ-nin Baltimor şəhərində körpünün uçması səbəbindən limanın fəaliyyətinin dayandırılmasından itkilər gündə 100 milyon dollardan 200 milyon dollara qədərdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Pit Buttecac Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
“Mənim son hesablamam budur ki, biz hər gün 100-200 milyon dollar itkiyə yaxınlaşırıq”, - nazir bildirib.
Bununla yanaşı, Buttecac onu da qeyd edib ki, əsas problem liman fəaliyyətinin dayandırılması səbəbindən işləməyən işçilərin maaşıdır. Söhbət gündəlik 2 milyon dollardan gedir.
Qeyd edək ki, Baltimordakı “Frensis Skott Ki” körpüsü “Dali” konteyner gəmisinin dayağına çırpılması nəticəsində çöküb. Hadisə yerinə fövqəladə hallar, o cümlədən sahil mühafizəsi və yanğınsöndürənlər göndərilib.
Hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti tamamilə bağlanıb, nəqliyyatın hərəkəti yaxınlıqdakı tuneldən və ya şəhərdən keçməklə aparılıb.
Digər tərəfdən, Merilend ştatının qubernatoru Ues Mur bildirib ki, Baltimorda körpüyə çırpılan “Dali” gəmisinin ekipajı vaxtında qəza siqnalı göndərib və bu, yerli hakimiyyət orqanlarına nəqliyyat infrastrukturu obyektinin girişini bağlamağa və insanların həyatını xilas etməyə imkan verib.
Seçilən
56
12
Mənbələr
Şərh ()
Bağla