AZ

"Onların məqsədi Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq deyil" - ZAXAROVA

Aprelin 5-də keçiriləcək Ermənistan-Aİ-ABŞ formatlı görüş Rusiyanın maraqlarına qarşı yönəlib.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Açıq mətnlə belə deyirlər”, – XİN rəsmisi bildirib.

O qeyd edib ki, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır, çünki onlar Ermənistan və Azərbaycan arasında sülh əldə etmək deyil, Qərbi son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza soxmaq niyyətindədirlər.

Zaxarovanın sözlərinə görə, bu cür hadisələr anti-Rusiya gündəmi, Moskva ilə əlaqələri pozmaq, təhlükəsizlik və iqtisadi əməkdaşlığa dağıdıcı təsir göstərmək üçün lazımdır.

“Rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”, – Zaxarova əlavə edib.

Azpost.info

 

Seçilən
72
50
Mənbələr
Şərh ()
Bağla