AZ

Mərkəzi Bank illik inflyasiyanın 5,3% olacağını gözləyir

Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozu 4±2% səviyyəsində saxlanılıb və bu ilin aprel-dekabrında azalmanın olacağı ehtimal edilir. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. .

"Ümumiyyətlə, inflyasiyanın artımı və azalması riskləri bir-birini tarazlayır. Ona görə də cari il üçün illik inflyasiya üzrə yanvar ayı proqnozu - 5,3%, yəni dəyişməz olaraq qalır. Mövcud şərtlər davam edərsə, 2024-cü ildə illik inflyasiya hədəf dəhliz səviyyəsində (4±2%) olacaq. Təhlil göstərir ki, ilin qalan dövründə illik inflyasiyanın azalması ehtimalı var”, - Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı bəyanatında bildirilib. 

Mərkəzi Bank qeyd edib ki, xarici inflyasiya risk faktorlar,ı dünyada davam edən geosiyasi gərginlik, mühüm beynəlxalq ticarət kanalları ilə bağlı problemlər, iqlim dəyişikliyi səbəbindən ərzaq inflyasiyasının artması ehtimalı qalmaqdadır. 

 2023-cü ildə Azərbaycanda inflyasiya (12 aylıq) 2,1%, orta illik göstərici 8,8% təşkil edib.
 

N.Təbrizli

www.anews.az
phrase_var_article.chosen
81
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close