AZ

RPL terror qurbanlarının ailələrinə yardım edəcək

Rusiya Premyer Liqası (RPL) Moskva yaxınlığındakı Krasnoqorskda törədilən terror aktı nəticəsində ölən və yaralananların ailələrinə yardım üçün vəsait köçürəcək.

Redaktor.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

RPL bu xeyriyyə tədbirini liqanın baş tərəfdaşı ilə birlikdə keçirəcək.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" binasında terror aktı törədilib. 143 nəfər ölüb. Son məlumatlara görə, terror aktı nəticəsində 360-a yaxın insan xəsarət alıb, onlardan 205-nə ambulator yardım göstərilib.

Turan İSMAYIL

phrase_var_article.chosen
63
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close