Bakıda yerləşən ən böyük tibb müəssisələrindən biri - "Caspian International Hospital”ın rəhbərliyində dəyişiklik olub.
"Qafqazinfo” xəbər verir ki, hospitalın uzman androloq-uroloqu Fariz Cəbiyev müəssisənin direktoru təyin edilib.
Bu təyinata qədər o, direktorun tibbi məsələlər üzrə müavini vəzifəsində çalışırdı.
Fariz Cəbiyev 1984-cü ildə Bakıda doğulub. 2007-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirərək Türkiyə Cümhuriyyətinin İzmir şəhərində, Ege Universitetinin Urologiya Şöbəsinə həkim-rezident olaraq işə qəbul olunub. 2013-cü ildə fərqlənmə və icra olunan əməliyyatların yüksək sayı ilə həmin bölümdən məzun olub. 2013-cü ildən bu günə kimi Azərbaycanda bir cox özəl və dövlət müəssisələrində həkim-uroloq kimi fəaliyyət göstərib.
"Badam Medical Center”də isə Fuad Məmmədova etimad göstərilib. Bundan əvvəl direktorun Marketinq və kommunikasiyalar üzrə müavini vəzifəsində çalışmış Fuad Məmmədov direktor vəzifəsinə yüksəldilib.
www.anews.az