Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.
Bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.
Onun martın 31-i and içəcəyi gözlənilir. Qeyd edək ki, Məhəmməd Mustafa Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.
Mənbə: qafqazinfo.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az