AZ

Sirklə yolu səhv salan sürücü cəzalandırıldı - 15 gün həbs, 1 il... - VİDEO- YENİLƏNİB

Bakıda motosikletlə şou göstərən sürücü cəzalandırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, həmin sürücü Nərimanov rayon məhkəməsinin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün həbs olunub.

***

27.03.2024

11:00

Bakıda motosikletlə şou göstərən sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib. Belə ki, 99- F-326 qeydiyyat nişanlı motosikletin sürücüsü öncə sükan arxasında uzanaraq nəqliyyat vasitəsini idarə edib. Daha sonra isə ayaq üstə duraraq müxtəlif hərəkətlərlə təhlükəli "şou" göstərib.

Qeyd edək ki, bu cür hərəkətlər iki baxımdan təhlükəlidir. Həm, digər sürücülərin fikrini yayındırmaq, həm də qəfil qəzaya səbəb olmaq mümkündür.

Sözügedən videonu təqdim edirik:

Leyla

Seçilən
81
36
Mənbələr
Şərh ()
Bağla