AZ

Avtomobil qayda pozdu: Amma bayker cərimələndi - FOTO

Motosiklet sürücüsü səhvən cərimələnib.

Avtosfer.az xəbər verir ki, o, bu barədə redaksiyamıza müraciət edib.

Belə ki, bu gün 10-B-051 qeydiyyat nişanlı motosikletin sürücüsü 10-XB-051 qeydiyyat nişanlı avtomobilin sürücüsünün pozduğu qaydaya görə səhvən cərimələnib. Sürücü bildirib ki, motosikleti çoxdandır sürmür.

Qeyd edək ki, 10-XB-051 nömrəli avtomobilin sürücüsü "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələnib.

Ümid edirik ki, bu səhv yaxın zamanda aradan qaldırılacaq.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Seçilən
74
Mənbələr
Şərh ()
Bağla