AZ

Ronaldodan növbəti QALMAQAL - Hakimə qəzəbləndi və... + FOTO

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Sloveniya millisi ilə yoldaşlıq oyunundan sonra yaşıl meydandan narazı çıxıb.

 

Sfera.az bildirir ki, o, Sloveniya millisinin qapısına iki penaltinin təyin olunmamasına görə hakimin üstünə qışqırıb.

 

Qeyd edək ki, görüş, meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Xatırladaq ki, Portuqaliya millisi Avropa çempionatına vəsiqə qazanıb.

 

2024-cü il futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunları 10 şəhərdə - Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leypsiq, Münhen, Frankfurt, Ştutqartda keçiriləcək.

 

Turnirin final oyunu iyulun 14-də Berlində baş tutacaq.

 

Fatimə Lətif

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla