AZ

Aspirin tənəffüs problemlərini pisləşdirə bilər

"Aspirin qəbulu astması olan insanlarda tənəffüs problemlərinə səbəb ola bilər".

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu həkim Angela Donaldson deyib.

O qeyd edib ki, bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyi olub, kəskinləşmələr zamanı təngnəfəslik, xırıltı və öskürək tutmaları ilə özünü göstərir. Ağır hallarda tənəffüs çatışmazlığı həyat üçün təhlükə yarada bilər.

Həkimin sözlərinə görə, aspirin qəbulu öskürək və xırıltıya səbəb olmaqla astma simptomlarını pisləşdirə bilər. Həmçinin, bu dərman sinüzitin kəskinləşməsinə səbəb ola bilər. Fakt budur ki, aspirin burunda poliplərin əmələ gəlməsinə səbəb olur və bununla da burun nəfəsini çətinləşdirir.

Həmidə İBRAHİMLİ

Seçilən
37
3
Mənbələr
Şərh ()
Bağla