AZ

İtaliya İsraili Rəfaha girməməyə çağırıb

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani İsraili Rəfaha girməməyə çağırdıqlarını və İsrailin bunun "səhv" olacağını başa düşəcəyinə ümid etdiyini bildirib.

İtaliyanın "SKYTG24" kanalında bu səhər qatıldığı proqramda gündəmlə bağlı sualları cavablandıran Tajani, "İsraili Rəfaha girməməyə çağırdıq. Ümid edirəm ki, İsrail bunun bir səhv olduğunu anlayacaq və bunun nəticəsində çoxlu mülki vətəndaşın zərər çəkəcəyini başa düşəcək",-deyə qeyd edib.

İsraildən Rəfahda müharibənin davam etməməsini istədiklərini vurğulayan Tajani, İtaliya hökuməti olaraq girovların geri qaytarılması və Qəzzada mülki əhaliyə ərzaq yardımının çatdırılmasının tərəfdarı olduqlarını bir daha vurğulayıb.

Mövsüm

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla