Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.
Çempionluq mücadiləsi verən "Cəbrayıl" Bakıxanov qəsəbəsində daha bir iddialını - "Qusar"ı qəbul edib.
Hesab erkən açılıb. Müdafiəçi Elşad Əliyevlə qapıçı Həsən Həsənli arasında anlaşılmazlıqdan yararlanan Orxan Qurbanlı 3-cü dəqiqədə karyerasının bəlkə də ən asan qolunu vurub.
Yarım saat sonra Vüsal Səfərov səhvlə yadda qalıb. Müdafiəçi cərimə meydançası daxilində Vüqar Əşrəfliyə qarşı kobudluq edincə, referi Elvin Bayramov penalti nöqtəsini göstərib,İlqar Hüseynov fürsəti qaçırmayıb.
Cavid Hüseynovun komandası özünə tez gəlib. Elvin Məmmədovun asmasını Sərxan Ağayev 37-ci dəqiqədə öz qapısına yönəldib.
Fasiləyə saniyələr qalmış isə Nurlan Quliyev cərimə zərbəsindən havalandırılan topu başla tora qovuşdurub.
«Cəbrayıl» ikinci hissəyə də qolla başlaya bilərdi. İki epizodda «çərçivə»yə düşməyincə, təzyiqi azaldıblar.
Belədə bəxt «Qusar»ın üzünü güldürüb. Ötən mövsüm «Difai»nin heyətində Region Liqasının bombardiri olmuş Eşqin Tağıyev II Liqada qol hesabını açıb.
Qarabağ müharibəsində qazi mərtəbəsinə yüksəlmiş hücumçu 67-cı dəqiqədə müdafiəçiləri qabaqlayaraq, qonaqlara qələbə gətirən qola imza atıb.
Halbuki «Cəbrayıl»ın hesabı yenidən bərabərləşdirmək üçün xeyli vaxtı qalırdı, di gəl, Ruslan Voronsov əlinə düşən imkanları boşa verməyi özünə yaraşdırdı.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 37 xalı olan "Cəbrayıl" isə 3-cü yerdədir.
SPORTİNFO.AZ
Neftçi Futbol Mərkəzi (IV meydança). 60 tamaşaçı Baş hakim: Elvin Bayramov Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Sənan Atayev Dördüncü hakim: İslam Məmmədov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: İlham Əliyev Sarı vərəqələr: Vüsal Səfərov, 82 (qeyri-idman hərəkəti) // Viqar Əlibabayev, 22 (qeyri-idman hərəkəti); Müseyyib Vəliyev, 45+4 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Cavid Hüseynov, 77 (hakimin qərarına etiraz); Elhad Nəziri (“Cəbrayıl”), 77 (hakimin qərarına etiraz) Qollar: Sərxan Ağayev, 37 (ö.q.); Nurlan Quliyev, 45+4 //Orxan Qurbanlı, 3; İlqar Hüseynov, 33 (p.); Eşqin Tağıyev, 67 Artırılan vaxt: I hissədə - 4 dəq; II hissədə - 5 dəq. | |
“Cəbrayıl” 23. Həsən Həsənli 10. Elvin Məmmədov (k) 28. Cavid Tağıyev 4. Vüsal Səfərov (11. Polad İbrahimov, 87) 44. Samir İbrahimov 9. Ruslan Voronsov 17. Nurlan Quliyev (7. Tapdıq Əhmədov, 77) 25. Baxşəli Baxşəliyev 13. Elşad Əliyev (20. Ruslan Əmircanov, 46) 33. Hüseyn Novruzov (22. Əli Nəcəfli, 46) 27. Kamran Qürbətov Ehtiyat oyunçular: 12. Nurlan Quluzadə 19. Məhərrəm Orucov 14. Əliəkbər Şəbiyev 5. Anar Qarayev Baş məşqçi: Cavid Hüseynov | “Qusar” 1. Əli Həsənli 15. Firudin Ağalarov 99. Müseyyib Vəliyev 11. Sərxan Ağayev (k) (14. Emil Məmmədov, 90) 4. İlqar Hüseynov (6. Kazbək Qafarov, 46) 8. Orxan Qurbanlı 57. Eşqin Tağıyev 38. Vüqar Əşrəfli (2. Raqif Eyvazov, 72) 17. Osman Osmanov 13. Viqar Əlibabayev 3. Firdovsi Kazımov (26. Mirmehdi Rzayev, 53) Ehtiyat oyunçular: 22. İmran Məhərrəmov 16. Aslan Hüseynov 5. Elnur Dəmirli 18. İlham Yarəliyev Baş məşqçi: Emin Əmiraslanov | | |