Tailand parlamentinin aşağı palatası ölkədə eynicinslilərin nikahını qanuniləşdirən qanunu qəbul edib.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, qanunun qəbuluna 415 deputatdan 400-ü səs verib.
Yeni normaya görə, nikah əvvəlki kimi kişi və qadının deyil, iki şəxsin ortaqlığı kimi müəyyən edilir. Eynicinsli cütlüklər heteroseksual cütlüklərlə eyni hüquqlara sahib olacaqlar - vergi güzəştləri, ər-arvadın vərəsəliyi və uşaqların övladlığa götürülməsi.
Qanun Senatda təsdiqləndikdən və kralın imzalamasından 120 gün sonra qüvvəyə minəcək.
Qanun nəhayət qəbul edildikdən sonra Tailand dünyada eynicinslilərin evliliyinə icazə verən 37-ci ölkə olacaq.
Bütün Asiya ölkələrindən yalnız Nepal və qismən tanınan Tayvan indiyə qədər eynicinsli nikahları qanuniləşdirib.
Telegram kanalımız