Maraqlıdı ki, Krunoslav Renduliç “Sabah”ın “sükanı arxasına” keçəndən sonra, həqiqətən də, Yusifi heyətdə görmürük. Görəsən, buna səbəb nədi? Doğrudanmı, futbolçu psixoloji problem yaşayır? Suallarımıza cavab tapmaq üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidliyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Yusif İmanov bu mövsüm komandamızın 27 oyunundan 18-də şans qazanıb. Onunla bağlı klubda hansısa problem yaşanmayıb”.
GÜNAY SÜLEYMANOVA