AZ

STAR NEZ aviayanacaq istehsalını iki dəfədən çox artırıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neftemalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında aviayanacaqistehsalını öncəki ilin analoji ayı ilə müqayisədə 2,3 dəfəartırıb.

Trend bubarədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)istinadən xəbər verir.

EPDK-nin məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayında zavod103 min 497 ton aviasiya yanacağı istehsal edib ki, bu da 2023-cüilin yanvar ayında istehsal olunan 44 min 824 tonla müqayisədəəhəmiyyətli dərəcədə çoxdur.

Xatırladaq ki, COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatındanaviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiyayanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünüoperativ şəkildə dizel yanacağının istehsalına yönəldib.Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbiqarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ciilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavodgündəlik 214 min barel xam neft emal etmək gücündədir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla