AZ

Putinin seçki xərcləri: Vəsaitin miqdarı bilindi

Rusiya Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan yekun maliyyə hesabatına görə, Vladimir Putinin seçki fondu prezident seçkiləri kampaniyasına 317 milyon 752 min rubl xərcləyib.

Yenisabah.az xəbər verir ki, onun seçki fonduna 477 milyon 383 min rubldan çox vəsait daxil olub.

Xatırladaq ki, Rusiyada prezident seçkilərində səsvermə üç gün ərzində - martın 15-dən 17-dək keçirilib.

Daha əvvəl MSK-nın məlumatlarına istinadən, Vladimir Putinin 87,28 faiz səslə seçkilərdə qalib gəlib.


Telegram kanalımız
Seçilən
33
50
Mənbələr
Şərh ()
Bağla