AZ

Bu ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, növbədənkənar seçkilərin keçirilməsiBolqarıstanın 49-cu Xalq Məclisinin fəaliyyəti çərçivəsində yenihökumət formalaşdırmaq imkanlarının bitməsi ilə bağlıdır. Belə ki,Bolqarıstan prezidenti Rumen Radev "Belə xalq var" partiyasınınnümayəndələrinə yeni hökuməti formalaşdırmaq üçün üçüncü yekunmandatı versə də, partiya nümayəndələri mandatı icra etmədən onudərhal dövlət başçısına qaytarıblar.

Partiya nümayəndəsi İvaylo Vılçev partiyanın adından etimadınagörə prezidentə təşəkkürünü bildirib və konstitusiyaya olunanlazımsız düzəlişlərin prezidenti necə çətin vəziyyətə saldığınıanladıqlarını deyib.

"Şadıq ki, hakimiyyət uğrunda doqquz aylıq çəkişmə başa çatıb,seçkilərə getmək lazımdır" - o deyib.

Rumen Radev öz növbəsində baş nazir postuna potensialnamizədlərlə dərhal görüşlər keçirəcəyini bildirib.

"Bu hadisələrlə əlaqədar olaraq, yoğun beynəlxalq proqramımıtəxirə saldım, texniki hökumətin formalaşması prosesininsürətlənməsi üçün lazım olan hər şeyi edəcəyəm", - Radev qeydedib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla