AZ

Əməkdar artist vəfat etdi

Tanınmış teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Rahib Əliyev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı onun sənət yoldaşları bildiriblər.

Rahib Əliyev Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi.

Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunab R.Əliyev həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq bu sənət ocağında çalışıb.

Allah rəhmət eləsin.

Seçilən
34
30
Mənbələr
Şərh ()
Bağla