AZ

Qarabağda açılan sənaye müəssisələri regionun iqtisadiyyatına necə təsir edəcək? (ŞƏRH)

“Hər bir qurulan sənaye müəssisələri, zavodlar həm yerləşdiyi regionun iqtisadiyyatına, həm də ümumi iqtisadiyyata çox müsbət və böyük təsirlər edir”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Eyyub Kərimli Ağdamda açılacaq ilk dəmir yolu avadanlıqlarının istehsalı zavodunun bu sahəyə və regionun iqtisadi inkişafına təsirləri haqqında danışarkən deyib. 

İqtisadçı düşünür ki, Ağdamda tikiləcək zavod Ağdamın, ümumiyyətlə Qarabağ iqtisadi zonasının dirçəlməsi üçün böyük təsir edəcək:

“Bu həm yeni iş yerləri deməkdir, həm də digər sahələrin də inkişafına müsbət təsir olacaq. Çünki həmin zavodun işləməsi üçün digər sənaye sahələrinin də fəaliyyətinə ehtiyac var. Digər tərəfdən, ölkəmizin dəmir yolu xətlərinin və digər infratruktur layihələrinin daha da genişlənməsinə, sürətlənməsinə öz təsirlərini göstərəcək”. 

“Sözsüz ki, bu cür sənaye müəssisəsinin fəaliyyəti həm də ətraf regionlarımızın inkişafına da təsirsiz ötüşməyəcək.  Bu həm yeni iş yerləri, həm əhalinin gəlirlərinin artması, həm də bölgənin çiçəklənməsinə öz təsirini göstərəck. Bunun həm də həmin ərazilərdə gələcək məskunlaşmaya da müsbət təsir edəcəyi aydın məsələdir. Əhalinin bu ərazilərdə yaşamağa marağını artıra bilər, həmçinin ölkənin nəqliyyat infrastruktruna böyük təsir göstərə bilər” – həmsöhbətimiz əlavə edib. 

Qeyd edək ki, bu ilin may ayında Ağdamda dəmir yolu avadanlıqları istehsal edəcək ilk zavodun açılması nəzərdə tutulur. 

Davud
 

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla