AZ

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, müstəqillik tərəfdarı deputat üsyan- Bu, buxovdur...

Image

Korsika parlamenti adanın muxtariyyətinə dair qanun layihəsini qəbul edib. “Figaro” xəbər verir ki, 6 maddədən ibarət sənəd 3 hissəyə bölünərək səsverməyə çıxarılıb. Qanunun birinci maddəsinə görə, Korsikanın Fransa hüdudları daxilində muxtariyyəti tanınır, icmanın tarixi, linqvistik və mədəni xüsusiyyətləri nəzərə alınır. 63 deputatdan 62-si bu maddənin lehinə səs verib.

Digər maddələr normativ hüquqlara, sığorta və digər məsələlərə həsr olunub. Bu maddələr də səs çoxluğu ilə qəbul edilib. Lakin müstəqillik tərəfdarı Nasione (Nazione) partiyası qanun layihəsinin əleyhinə çıxıb. Partiyanın Korsika parlamentindəki yeganə deputatı Jozefa Ciakometti Piredda (Josepha Giacometti Piredda) bütün maddələrin əleyhinə səs verib. Xanım deputatın fikrincə, Parisdə, daxili işlər naziri Jerar Darmaninin rəhbərliyi altında hazırlanmış qanun layihəsi irəliyə doğru addım deyil, buxovdur. Məqsəd Konstitusiya baxımından əhəmiyyət daşımayan məsələləri rəsmiləşdirməkdir.

Sənəd qanuni qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməlidir.

ZÜMRÜD





Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla