AZ

BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 27 mart – Azərbaycan Respublikasında “Elm günü” münasibətilə “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elşad Qurbanov səmərəli elmi fəaliyyətinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Qeyd olunub ki, professor Elşad Qurbanov 1982-ci ildən indiyədək elmi-pedoqoji fəaliyyətini peşəkarlıq və yüksək keyfiyyətlə yerinə yetirib, yüksəkixtisaslı mütəxəssislərin yetişməsində əvəzsiz xidmətlər göstərib.
 
 
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla