AZ

Britaniyanın ABŞ qarşısındaASSANC ŞƏRTİ

Böyük Britaniya Lordlar Palatasının üzvü Riçard Balf deyib ki, ölkəsi “WikiLeaks”in yaradıcısı Culian Assancı ölüm cəzası təhlükəsi olduğu müddət ərzində ABŞ-a ekstradisiya etməyəcək.

“İki sahil” xəbər verir ki, o, bu barədə “RİA Novosti” ilə söhbətində bildirib.

“Mən əminəm ki, Böyük Britaniya hökuməti ABŞ-da ölüm hökmü ilə bağlı heç bir qərarın olmayacağını dəqiq bilmədən Assancı ekstradisiya etmək istəməyəcək”, - Balf deyib.

Qeyd edək ki, martın 26-da Londonun Ali Məhkəməsi Culian Assancın ərizəsini təsdiqləyib və onun xeyrinə qərar verib. WikiLeaks-in yaradıcısı Britaniya məhkəmələrində ABŞ-a ekstradisiya qərarına etiraz etməyə davam edə biləcək.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla