AZ

FHN Ağcabədidəki “ASAN xidmət”də mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi regional “ASAN xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan müəssisə heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

FHN FHN FHN FHN FHN FHN FHN FHN
Seçilən
82
5
Mənbələr
Şərh ()
Bağla