AZ

Şəbnəm: “Nigarın haqqımda dediyi sözlər külək kimi əsib gedib” – VİDEO 

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) qalmaqal yaşadığı həmkarı Nigar Camalla bağlı efirdə diqqətçəkən açıqlama verib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb. 

Belə ki, proqramda Şəbnəmdən yol hərəkəti qaydaları, üstünlük nişanları ilə şou-biznesdən olan xanım həmkarlarını xarakterizə etməsi istənilib. 

Aparıcı “Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir?” sualı ilə Şəbnəmə müraciət edib. Müğənni isə “yandan əsən külək” nişanını ulduzu barışmayan Nigar Camal ilə əlaqələndirib: 

“Nigar iki dəfə haqqımda söz gəlişi efirdə müxtəlif ifadələr səsləndirib. Onun sözü mənim üçün külək kimi əsib gedib”. 

Qeyd edək ki, illər əvvəl Nigar və Şəbnəm arasında qalmaqal yaşanıb. Mübahisəyə səbəb Şəbnəmin “Gucci” brendinə məxsus kəməri tərs taxması olub. Nigar qarşı tərəfi sosial şəbəkə hesabında ələ salaraq izləyicidən gələn “İlk baxışdan sevgiyə inanırsınızmı?” sualına “İlk baxışdan sevgiyə yox, amma “Gucci”yə görə canım ağrıdı” sözlərini yazıb. İkili arasında növbəti gərginlik bir müddət əvvəl yaşanıb. Belə ki, “Maska” şousunda “Alov” obrazında səhnəyə çıxan məşhurun kimliyini tapmağa çalışan Nigar həmin şəxsin Şəbnəmə bənzədiyini deyib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
Seçilən
51
29
Mənbələr
Şərh ()
Bağla