AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası: Ehtiyatda olan tibb xidməti baş leytenantı Xədicə Mollayeva

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi-pediatr Xədicə Mollayevanı oxuculara təqdim edirik.
 
O, 1978-ci ildə Sumqayıt şəhərində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasında internatura keçib.
 
Xədicə Mollayeva 2004-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Tibb məntəqəsinin rəisi vəzifəsində çalışıb. 2012-2023-cü illərdə özəl şirkətlərdə marketinq işinin təşkili, dərman preparatları ilə bağlı tibbi sənədlərin hazırlanması, konfrans və tədbirlərin keçirilməsi işinin təşkilatçısı kimi fəaliyyət göstərib. 2023-cü ilin may ayından STM-nin 1 nömrəli ASM-də həkim-pediatr olaraq fəaliyyət göstərir.
 
2008-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Kliniki Kardiologiya” kursu üzrə tematik təkmilləşmə keçib. 2020-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya üzrə 2 aylıq təkmilləşmə kursu keçib.
 
Həkim müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.
 
Ehtiyatda olan tibb xidməti baş leytenantıdır.
 
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla