AZ

"Füzuli" I Liqa üçün hazırlıqlara başladı

Hazırda II Liqada yarışan və turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Füzuli"nin I liqaya vəsiqə qazanması üçün yaxşı şansı var.

Rekord.az xəbər verir ki, komandanı lider "Baku Sportinq"dən cəmi 1 xal ayırırş

Bəs görəsən Füzuli təmsilçisi I liqada oynamağa hazırdırmı, bunun üçün lazımı prosedurlar həyata keçirilirmi? Sualımıza komandanın Klub və Lisenziyalaşdırma Meneceri Rəşad Babayev cavab verdi. Həmsöhbətimiz işlərə başlandığını bildirdi: "Lisenziyalaşdırma ilə özüm məşğulam, bəli, ötən ildən müraciət etmişik və hazırda sənədləri hazırlamaqla məşğulam. I Liqaya iddialıyıq. Turnir cədvəlinə baxarkən də bunu görmək mümkündür. Doğrusu, hələlik çempionat davam edir, tələsib nəyisə bayram etməyi doğru və etik hesab etmirəm, çünki qarşıda çox kritik oyunlarımız var. Sadəcə, onu deyə bilərəm ki, liqamızda hazırda ən qızğın fazaya daxil olmuşuq. İlk beşlikdə yer alan komandalar arasında ciddi rəqabət var və turnir cədvəlində vəziyyət hər ötən tur fərqli ola bilər, belə ki, klubların xalları bir-birinə çox yaxındır. Bizim hədəfimiz son 8 turdakı qarşılaşmalarda qalib olub İkinci Liqanı çempion başa vurmaqdır.

Ötən ildən Birinci Liqa üçün Lisenziyalaşdırma ilə bağlı rəsmi müraciətimizi eləmişik. Hazırda sənədləri hazırlamaqla məşğuluq. Hələlik vaxtımız var. Hazır olan kimi AFFA-da müvafiq departamentə təqdim edəcəyik. Ümidvaram ki, bununla bağlı hər hansı bir sıxıntı və əksiklik yaşamayacağıq. Sağ olsunlar, AFFA-da lisenziyalaşdırmadan məsul olan əməkdaşların da dəstəyini və köməyini hiss edirik, mütəmadi qarşılıqlı əlaqədəyik, fikir və tövsiyələrini nəzərə alırıq. Lisenziyalaşdırmaya təkcə bir üst liqaya çıxmaq üçün mühüm bir proses kimi baxmırıq, eyni zamanda bunu peşəkar kluba çevrilmənin yeganə önəmli şərti hesab edirik. Buna görə "Füzuli" futbol klubunun rəhbərliyi də məsələyə çox həssas yanaşır. Məqsədimiz yaxın illər ərzində Qarabağ İqtisadi Bölgəsində daha bir güclü futbol klubu, akademiyası yaratmaqdır və daha üst liqalara çıxmağı təmin etməkdir".

 

phrase_var_article.chosen
57
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close