AZ

Separatçı Samvel Şahramanyanın yeni açıqlaması baş nazir Nikol Paşinyana meydan sulamaqdır

Qarabağ separatçılarının İrəvandakı “nümayəndəlik” binası və orada toplaşanlar Ermənistan üçün əlavə gərginlik mənbəyidir. Separatçıların keçmiş lideri Samvel Şahramanyan Fransa nəşrinə müsahibəsində deyib ki, onlar İrəvanda fəaliyyətlərinin davam etdirirlər.

Halbuki, Qarabağdan qaçmağa hazırlaşarkən “dövlət strukturlarını” buraxdığını elan etmişdi. Samvel Şahramanyanın yeni açıqlaması baş nazir Nikol Paşinyana meydan sulamaqdır. Nikol Paşinyan ona görə deyib ki, Ermənistanda yalnız bir hökumət və bir iqtidar ola bilər. Məntiqlə Paşinyan həmin “nümayəndəliyin” fəaliyyətini qanundakənar elan edib həmin binanı separatçıların əlindən almalıdır. Ancaq o bunu etmir. Paşinyan hər məsələdə olduğu kimi bu məsələnin həlini də gecikdirir. Həmin binada toplaşanlar Paşinyana müxalif mövqedədirlər və istənilən daxili və xarici gücün hökumətə qarşı planlarında yer alacaqlar. Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
171
1
Mənbələr
Şərh ()
Bağla