AZ

STAR NEZ maye karbohidrogen qazı istehsalını artırıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neftemalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 16 min 49 ton mayekarbohidrogen qazı (LPG) istehsal edib. 2023-cü ilin həmin ayındaisə bu göstərici 14 min 868 ton olub.

Trend Türkiyə Enerji Bazarlarının Tənzimlənməsiİdarəsinə (EPDK) istinadən xəbər verir ki, NEZ-də mayekarbohidrogen qazının istehsalı ötən ilin analoji dövrü iləmüqayisədə 7,9 faiz artıb.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neftemalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənindəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabınaqarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddimilyard dollar təşkil edəcəyi gözlənilir.

STAR neft emalı zavodunun illik emal gücü təqribən 10 milyon tontəşkil edir. Zavod gündəlik 214 min barel xam neft emal etməkqabiliyyətinə malikdir.

SOCAR Türkiye 2024-cü ildə STAR NEZ-in fəaliyyətini texnikiqulluq məqsədilə dayandırmağı planlaşdırır. NEZ-in fəaliyyətiistismara verildikdən sonra ilk dəfə dayandırılacaq. İlk növbədəplanlı təmir işləri aparılacaq. Bu gün görülən tədbirlərnəticəsində NEZ-in fəaliyyətinin təmir məqsədilə dayandırılmasınındövriliyini dörd ildən beş ilədək artırmaq planlaşdırılır ki, bu da40 milyon ABŞ dollarınadək qənaət etməyə imkan verəcək.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla