AZ

Finlandiya Türkiyə aviaşirkətinin uçuşlarına niyə qadağa qoydu?

Finlandiyanın “Traficom” nəqliyyat və kommunikasiya agentliyi Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Rusiya ilə əlaqələri səbəbindən Finlandiyaya uçuşlarına qadağa qoyub.

Editor.az bildirir ki, bu barədə “Avianews” xəbər verir. “Ümumi qiymətləndirməmiz göstərir ki, “Southwind Airlines”ın mülkiyyətinin və faktiki nəzarətinin əhəmiyyətli bir hissəsi dəqiqləşdirilməmiş türkiyəli şəxslərə və ya şirkətlərə məxsusdur.

Biz aviaşirkətin və onun nəzarətinin Rusiya tərəfi ilə əlaqəli olduğu qənaətinə gəldik”, – Traficom baş direktoru Jarkko Saarimäki bildirib. Qeyd edək ki, “Southwind Airlines” Türkiyədə 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya aviaşirkətlərinə qarşı sanksiyaların tətbiqindən dərhal sonra yaradılıb. Media onu Rusiya turoperatoru Pegas Touristik ilə əlaqələndirir və sanksiyalara baxmayaraq ona rusiyalı turistləri Türkiyəyə daşımağa davam etmək imkanı verilir.

“Southwind Airlines” Türkiyəyə turistlərin daşınması üzrə ixtisaslaşıb və Antalya ilə Helsinki arasında uçuşlar həyata keçirmək üçün müraciət edib. Son yeni marşrutlardan biri də İstanbul-Minsk idi. Bundan sonra Almaniyanın “Bild” nəşri aviaşirkəti qanunsuz miqrantların Minsk vasitəsilə Avropaya daşınması üçün yaradılmış ön şirkət adlandırıb.

Ukraynada böyük müharibə başlamazdan əvvəl “Pegas Touristik” turistləri Rusiyaya bağlı “Nordwind Airlines” aviaşirkətinin təyyarələrində daşıyırdı. Sanksiyaların tətbiqindən sonra şirkət donanmasının bir hissəsi Rusiyadan çıxarıldı və bu təyyarələr “Southwind Airlines” donanmasına daxil edildi.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla