AZ

Ermənistan anklav olmayan kəndlərin qaytarılmasını gecikdirir - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Ermənistan Azərbaycanla sülh prosesində konstruktiv mövqe ortayaqoymaq əvəzinə anklav olmayan kəndlərin qaytarılmasınıgecikdirir.

Trend xəbərverir ki, bu sözləri Trend BİA-nın direktor müavini, siyasi şərhçiSahil Kərimli ARB 24-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər Ermənistan yaxın günlərdə bu kəndlərinqaytarılması məsələsini həll etməsə, Azərbaycan bir neçə dəqiqə vəsaat ərzində bu kəndləri asanlıqla geri qaytara bilər.

"Son günlər Ermənistan baş naziri Nikol Paşinyan da başa düşübki, bu kəndlər Azərbaycana qaytarılmalıdır. Ermənistan siyasihakimiyyəti məsələni siyasi baxımdan uzatmağa çalışır. Qərbdə vəAvropa dairələrində özünə dayaqlar axtarmağa çalışırlar. Həmindairələr Ermənistandan vasitə kimi istifadə edərək, öz məqsədlərinəçatmaq istəyirlər.

Ermənistan daxilində qeyri-konstruktiv mövqe tutan dairələr,Qərbin, Avropanın xüsusi xidmət orqanları, dairələri ərazidəyaşayan insanları təxribata sürükləyirlər və separatçılığa cəlbetmək istəyirlər", - deyə S.Kərimli bildirib.

Məqalədə:
Seçilən
47
3
Mənbələr
Şərh ()
Bağla