AZ

Paytaxt komandaları yerlərini dəyişməyəcək

Vaşinqtonda qərarlaşan basketbol və hokkey klublarının sahibi Ted Leonsis və Kolumbiya ştatının meri Müriel Baunzer anlaşma protokolu imzalyıb. Yeni razılığa əsasən, arenanın tutumu 18,5 min nəfərə çatdırılacaq. Ərazidə əyləncə mərkəzi yaradılacaq və nəqliyyat infrastrukturu yenilənəcək. Layihənin ilkin dəyəri 515 milyon ABŞ dollarıdır.

“Çox gözəl gündür. Mən çox xoşbəxtəm. Bu addım Vaşinqton əhalisini sevindirəcək. Belə də olmalı idi. Biz müasir standardlardan bir qədər geri qalmışdıq. Amma indi haqlamağa çalışacağıq”, – deyə Leonsis bildirib.

“Biz, “Kapitals” və “Vizards”ın hazırkı və gələcək ev sahibiyik. Biz hələ uzun müddət birlikdə olacağıq”, -deyə mer əlavə edib.

Məlumata görə, anlaşma 2050-ci ilə qədər imzalanacaq.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla