AZ

Rusiya son terror hücumundan sonra miqrantlara nəzarəti gücləndirib

Rusiya hakimiyyəti son terror hücumundan sonra ölkəyə miqrant axınına nəzarəti gücləndirmək niyyətində olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Moskva polisi terror aktı baş verən gün miqrantların olduğu yataqxanalarda reydləri gücləndirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusən Minaevski zolağında yoxlama aparıblar. Həmçinin, şənbə günü, martın 24-də axşam Moskvaya uçan ondan çox Qırğızıstan vətəndaşı “Şeremetevo” hava limanından buraxılmayıb.

“Dörd saat telefonları yoxladılar və geri vermirdilər. Barmaq izlərimizi götürüb bəzi kağızlara imza atmağa məcbur etdilər. Ukraynalılar və taciklər ümumiyyətlə döyülür. Orada bir sutka ac oturduq, su belə vermədilər. Cinayətkar kimi otağa qapadıblar, bir otaqda 10-dan çox qırğızıstanlı oturub, digərlərində daha çoxdur”, – gələnlərdən biri bildirib.

Bundan sonra Qırğızıstan hakimiyyəti öz vətəndaşlarına əlavə təhlükəsizlik tədbirləri aradan qaldırılana və giriş-çıxış nəzarəti gücləndirilənə qədər” üzrlü səbəblər olmadan Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Onlara həmçinin insanların sıx olduğu yerlərə getməmək, sənədləri və yaşayış icazəsi özləri ilə götürmək tövsiyə olunub.

Azpost.info

phrase_var_article.chosen
42
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close