AZ

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir".

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a deyib.

O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərindən biridir:

"Azərbaycan bu mənada ilk sıralarda gəlir. Bu gün dövlətimiz tərəfindən bu istiqamətdə addımlar atılır. Son zamanlar terrorçuların həbs olunması onu göstərir ki, təhlükəsizliklə bağlı dövətimiz çox mühüm addımlar atır. İnsanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərindən biridir. Davamlı olaraq Dövlət Təhlükəsizlik Xidməti və ayrı-ayrı strukturlar tərəfindən bu addımlar çox uğurla həyata keçirilir. Dövlətimiz bu məsələdə nə qədər prinsipial olduğunu ortaya qoyur. Nəzərə alsaq ki, həm regionda, həm dünyada ciddi proseslər gedir, Azərbaycanın atdığı addımlar çox effektivdir".


BiG.Az
phrase_var_article.chosen
47
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close