AZ

Türkiyədə yerli seçkilər: Paytaxtın bölgələrində bələdiyyələri kim İDARƏ EDƏCƏK?

Türkiyə martın 31-də bələdiyyə seçkilərinə gedəcək. Paytaxt Ankara İstanbulla birgə ən böyük maraqla izlənən şəhərlərdən biridir. Burada bir çox namizəd yarışa qatılsa da, ən güclü namizədlər hazırkı Ankara meri və CHP-nin namizədi Mansur Yavaş ilə Cümhur İttifaqından AKP-nin namizədi Turqut Altınokdur. Ötən seçkilərdə Ankara Böyükşəhər Bələdiyyəsini CHP qazansa da, paytaxtın 25 rayonundan 22-də qələbə iqtidarın olmuşdu.

 

Yavaş 31 Mart 2024-cü il seçkilərində yenidən qalib gəlməyi hədəflədiyi Ankarada bələdiyyə məclisində də çoxluğu təmin etmək üçün 15-dən çox rayon bələdiyyəsi əldə etməyi hədəf kimi qoymuşdu. Ötən seçkilərdə həm İstanbulda, həm də Ankarada rayon bələdiyyələrini AKP udduğu üçün bələdiyyə məclisində də çoxluq iqtidarın əlinə keçmişdi.

 

Onu da qeyd etmək lazımdır ki, AKP və MHP-nin birgə Cümhur İttifaqı şəklində qatıldığı, Millət İttifaqının isə dağıldığı üçün CHP və İYİ Partiyanın ayrı-ayrılıqda namizəd çıxardığı bu seçkidə də müxalifətin 15 rayon hədəfinə çatması real görünmür.

 

 

Üstəlik 2019-cu il seçkilərində Ankarada namizəd irəli sürməyən Xalqların Bərabərlik və Demokratiya Partiyası - DEM Partiya (ovaxtkı HDP) bu dəfə həm şəhər, həm də Ankaranın 22 rayonunda namizəd irəli sürüb. DEM Partiya təkcə paytaxtın Yenimahalle, Bala və Polatlı rayonlarında namizəd irəli sürməyib.

 

5 ildir Ankaraya rəhbərlik edən Yavaşın təsiri ilə bəzi rayonlarda balansın dəyişdiyi və qaliblərin dəyişməsi ehtimalının yüksək olduğu bildirilir. Mümkün dəyişikliklərin müəyyənedicilərinin AKP-CHP rəqabəti ilə yanaşı, Yenidən Rifah Partiyası və DEM Partiya seçiciləri olacağı güman edilir. Səslərin bir-birinə çox yaxın olduğu və fərqin cüzi olduğu rayonlar Mamak və Etimesqutdur.

 

Mamak

 

Ankaranın mərkəzi rayonu olan Çankayaya ən yaxın rayonlardan biri olan və şəhərin şərqində yerləşən Mamakda AKP 2004-cü il seçkilərindən bəri ilk partiyadır. 2019-cu il seçkilərində AKP-dən Murat Köse, CHP-dən Adnan Demirci yarışıblar. İqtidarın namizədi 50,40 faiz səslə qalib gəlib.

 

 

CHP namizədi isə 47,24 faiz səs toplayıb. Həmin seçkilərdə HDP Mamakda namizəd irəli sürməyib. Martın 31-də keçiriləcək budəfəki seçkilərdə DEM Partiya öz namizədi ilə iştirak edəcək. AKP bu seçkilərdə Asım Balcını namizəd göstərib. Onun rəqibi isə CHP-nin namizədi Veli Gündüz Şahindir.

 

Etimesqut

 

Ankaranın bu rayonunda Enver Demirel 1999-cu ildə keçirilən seçkilərdə MHP-dən bələdiyyə sədri seçilib. O, birinci müddətindən sonra 2004-cü ildə seçkiləri uduzub. 2009-cu ildə partiyası tərəfindən yenidən namizədliyi irəli sürülən Demirel həmin tarixdən sonra qatıldığı bütün seçkiləri qazanıb.

 

Etimesqutu 4 dəfə idarə edən Demirel bu seçkilərdə 5-ci dəfə namizəd olub. 2019-cu ildə keçirilən son seçkidə Demirel 49,57 faiz, CHP isə 45,72 faiz səs toplayıb. Bu dəfə CHP məşhur aktyor Erdal Beşikçioğlunu namizəd göstərib.

Seçilən
148
4
Mənbələr
Şərh ()
Bağla