AZ

“Sağlamlıq körpüsü” layihəsi çərçivəsində 450-dən çox pasiyentə tibbi xidmət göstərilib 

TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, layihə Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim-mütəxəssislərin iştirakı ilə tibbi müayinələrin təşkili, xəstəliklərin erkən aşkarlanması və müalicəsi, tibbi maarifləndirmənin genişləndirilməsi məqsədilə həyata keçirilir.
 
Layihə çərçivəsində ilk belə aksiya Masallı rayonunda təşkil olunaraq, bir gün ərzində 450-dən çox pasiyentə tibbi xidmət göstərilib və sanitar maarifləndirmə həyata keçirilib.
 
Masallı Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət Klinikasında baş tutan müayinələrdə Almaniyada və Türkiyədə ixtisaslaşmış oftalmoloq, stomatoloq, pediatr, cərrah və psixiatrlar tərəfindən tibbi xidmətlər göstərilib.
 
Eyni zamanda həkim-mütəxəssislər Boradigah qəsəbəsindəki İ.Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşüb, valideynləri və şagirdləri maraqlandıran sualları cavablandırıblar.
phrase_var_article.chosen
41
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close