AZ

Lyambliya qurdu olanlar şirniyyatı unutsun

Azərbaycanda istər uşaqlarda, istər böyüklərdə rast gəlinən əsas parazit lyambliyadır.


"Medicina" məlumatına görə, Binəqədi Tibb Mərkəzinin həkim-laborantı Gülnarə Allahverdiyeva bildirib ki, lyambliya qurd deyil ki, gözlə görünsün. Lyambliya öd kisəsi, öd yolları, on iki barmaq bağırsaqda yerləşən və nazik bağırsağın divarını zədələyən parazit növüdür.

Nazik bağırsağın divarını zədələdiyinə görə B 12 vitamininin bağırsaqlar tərəfindən sorulması pozulur və nəticədə qanazlığı yaranır.

Karbohidratlar lyambliya üçün əsas qida mənbəyidir. Orqanizm ona lazım olan qida maddələrini ala bilmədiyi üçün iştahasızlıq, halsızlıq, baş ağrıları kimi şikayətlər yaranır.

"Bu parazitlə yoluxmuş şəxslərin qida rasionundan şəkərli qidalar çıxarılmalıdır. Lyambliya, eyni zamanda öd yollarında iltihaba səbəb olur ki, bu da ödün axmasını çətinləşdirir.

Lyambliyanı aşkar etmək üçün iki üsuldan istifadə edilir. Nəcisin ümumi analizində kistlərin olması yoxlanılır. Nəcisin ümumi analizi ən azı üç dəfə təkrarlanır.

Bu xəstəlyə yoluxmuş şəxslərdə qanın ümumi analizi (eozinofillər) yoxlanılmalıdır. Çünki allergiya və parazit xəstəliklərində eozinofillərin sayı çoxalır. Nəcis laboratoriyaya daxil olduğu anda təciliyoxlanılmalıdır".

MEDİCİNA.AZ



Seçilən
58
Mənbələr
Şərh ()
Bağla