AZ

Latviya - Lixtenşteyn oyununda əcaib avtoqol vuruldu - Video

Marıtn 26-da Kiprdə, Larnakanın “Antonis Papadopulos” stadionunda Latviya və Lixtenşteyn arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

Arena.az məlumat verir ki, 1:1 hesabı ilə başa çatmış oyunda hesab latviyalıların 14-cü saniyədə topu əcaib surətdə öz qapısından keçirməsi ilə açılıb.

Hakimin “başlayın” fiti ilə meydannın mərkəzindən oyuna başlamış latviyalılar topu öz cərimə meydançasına ötürüblər. Latviya yığmasının müdafiəçisi topu ələ keçirsə də, lixtenşteynli futbolçuların təzyiqi ilə topu geri ötürməyə məcbur olub. Topla öz cərimə meydançasında olan Martsis Oşs topu qapıçı Pavel Şteynborun artıq tərk etdiyi qapıya doğru göndərib. Nəticədə top anlaşılmazlıqdan boş qalmış qapıya uçub.

Latviyalılar 11-ci dəqiqədə Raymonds Krollisin dəqiq zərbəsindən sonra hesabda tarazlığı bərpa ediblər. Oyun elə 1:1 hesabı ilə də başa çatıb. Maraqlıdır ki, Lixtenşteyn komandası qapıya bircə dəfə də olsun zərbə endirməsə də, bu oyunda məhsuldar heç-heçəyə nail olmağı bacarıb.

Əcaib avtoqolun əks edildiyi videonu təqdim edirik:

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla