AZ

Lütfi Zadə adına olimpiadanın nəticələri elan olunub

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan olunub
 
 
Bu barədə AzEdu.az-a Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
 
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən 48, Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən isə 220 nəfər şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.
 
 
Uğur qazanan şagirdlərimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla