AZ

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

Qızıl

Bakı, 28 mart, AZƏRTAC

"Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi".

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanan boksçu Həsən Məlikov deyib.

48 kiloqramda mübarizə aparan idmançı qızıl medal qazandığı üçün xoşbəxt olduğunu bildirib: "Yarımfinalda Asiya çempionu özbəkistanlı Şodiyorjon Melikuziyevlə qarşılaşdım. O görüşdə özümü çox yaxşı tərəfdən göstərə bildim. Finaldakı rəqibim qazaxıstanlı dünya çempionu Temirtaş Jussupov idi. Çətin alınsa da, qızıl medala sahib çıxdım. İndi hədəfim aprel ayında keçiriləcək Avropa çempionatında yaxşı nəticə qazanmaqdır".

Qeyd edək ki, yarışda 11 ölkədən 121 idmançı mübarizə aparır.

phrase_var_article.chosen
29
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close