AZ

Rusiyada neft emalı zavodlarına hücumlardan sonra benzin istehsalı 14% azalıb

Rusiyada Ukrayna dronlarının neft emalı zavodlarına hücumları səbəbindən həftəlik benzin və dizel yanacağının istehsalı azalmaqda davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rosstatın məlumatına görə, martın 18-dən 24-dək olan həftə ərzində Rusiya neftayırma zavodları 754,6 min ton benzin və 1,648 milyon ton dizel istehsal edib. Ötən ilin mart ayının üçüncü həftəsində müvafiq olaraq 880 min ton benzin və 1,770 milyon ton dizel yanacağı istehsal edilib. Belə ki, Rosstatın məlumatına görə, martın sonuna Rusiyada benzin istehsalı illik ifadədə 14%, dizel yanacağı isə 7% azalıb.

Qeyd edək ki, mart ayında “Rosneft Ryazan” neft emalı zavodu və Nijni Novqorod vilayətindəki Kstovodakı “Lukoyl” zavodu kimi obyektlərə Ukrayna PUA hücumu həyata keçirib. Hər iki obyekt Rusiyanın ən böyük 10 neft emalı zavodundan hesab olunur və Moskvanı benzinlə təmin edir. Zavodların ilkin neft emalı qurğularının zədələndiyi, təmirin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

phrase_var_article.chosen
33
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close