AZ

78 yaşlı aktyor gənc görünüşü ilə pərəstişkarlarını təəccübləndirib - FOTO

Amerikalı məşhur aktyor Erni Hadson yeni fotosunda gənc görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. Müvafiq nəşr və şərhlər onun Instaqram səhifəsində meydana çıxıb.

Herbiand.az xəbər verir ki, 78 yaşlı sənətçi baş rollardan birini canlandırdığı “Ruhlar ovçuları” filminin premyerasından foto paylaşıb. Yayımlanan kadrda məşhur aktyor qara dar köynək, mavi cins şalvar və ağ altlığı olan qəhvəyi dəri idman ayaqqabısı ilə görünüb.

Pərəstişkarları ulduzun həqiqi yaşına inana bilməyiblər, çünki həmin fotoda o, daha gənc görünüb. Onlar aktyor haqqında “İki ildən sonra 80 yaşın olacaq. Sən vampirsən?”, “Erni qocalmır. O, 80 yaşında başqa insanlardan necə daha yaxşı görünə bilər?”, “Sən cavanlıq iksirini haradan tapmısan?”, “Sən ümumiyyətlə, qocalırsan?”, “Qaya” kimi şərhlər yazıblar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
76
8
Mənbələr
Şərh ()
Bağla