AZ

Emindən "Crocus"la bağlı yeni açıqlama - "Vladimir Putinin və..."

"Crocus City Hall"un bərpası ilə bağlı yekun qərar qəbul edilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov "Rossiya-24" televiziya kanalına müsahibəsində deyib.

O, konsert zalının bərpası ilə bağlı Rusiya prezidenti Vladimir Putin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun fikrinə, eləcə də ictimai fikrə əsaslanacaqlarını bildirib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.


Müəllif: Teleqraf.com
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla