AZ

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Lənkəranda

Lənkəran, 28 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. "Tofaş" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən ötmə əməliyyatı aparmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və yol kənarında park edən avtomobillərə çırpılıb, 2 nəqliyyat vasitəsi əzilib. Hadisə nəticəsində xəsarət alan Liman şəhər sakinləri 2001-ci il təvəllüdlü İsa Vasif oğlu Adıgözəlov (alt çənənin əzilmiş-kəsilmiş yarası, baş təpə nahiyəsinin kəsilmiş yarası), 2003-cü il təvəllüdlü Fərhad Akif oğlu Həsənov (hər iki bazu sümüyünün çıxığı) və 2003-cü il təvəllüdlü Mülayim Vüqar oğlu Səlimov (sağ baldırın küt travması) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
161
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close