AZ

2 ayda Azərbaycana 327 milyon dollarlıq nәqliyyat vasitәlәri vә onların hissәlәri gətirilib

Cari ilin yanvar-fevral aylarında Azərbaycana 327 milyon 863 min ABŞ dolları dəyərində nәqliyyat vasitәlәri vә onların hissәlәri gətirilib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 126 milyon 380 min ABŞ dolları və ya 27.8% azdır. 2023-cü ilin ilk iki ayında bu rəqəm 454 milyon 243 min ABŞ dolları olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında idxal olunan nәqliyyat vasitәlәri vә onların hissәlәri ümumi idxalın 13.40 faizini təşkil edib.

Əvəz Həsənov

phrase_var_article.chosen
47
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close