AZ

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Naxçıvan torpağının yetirdiyi görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını söyləyib. Gövhər Baxşaliyeva Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında 2023-cü il 30 dekabr tarixli Sərəncamını xatırladıb. Akademik Sərəncama əsasən dövlət səviyyəsində qeyd olunan tədbirlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının da üzərinə düşən vəzifələrə nəzər salıb. Gövhər Baxşəliyeva şərqşünas alimlərin də Naxçıvanın tarixi, bu torpağın yetirdiyi görkəmli elm və mədəniyyət nümayəndələrinin əsərləri ilə bağlı apardıqları tədqiqatları elmi ictimaiyyətlə paylaşmaq istəyində olduqlarını və bu məqsədlə də Şərqşünaslıq İnstitutunun elmi sessiya keçirdiyini bildirib.

Elmi sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirib. Məruzəçi dahi rəhbərin dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etdiyini və Ermənistanın ilk böyük siyasi məğlubiyyətə uğramasına nail olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileyinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurda qayğısının ifadəsi idi.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Namiq Məmmədov “XX əsrin əvvəllərində Azərbaycan -Türkiyə münasibətləri və Naxçıvan məsələsi” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın Naxçıvan bölgəsinin XX əsrin əvvəllərində Azərbaycan -Türkiyə münasibətlərində yeri və rolu haqqında məlumat verilib, eyni zamanda, Birinci Dünya müharibəsindən sonra yaranmış vəziyyətdə Naxçıvan, həmçinin oraya erməni hücumları və iddiaları, Türkiyənin bölgə əhalisini xilas etmək tədbirləri, AXC dövründə yaradılmış Naxçıvan general qubernatorluğu və onun fəaliyyəti, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra ermənilərin Naxçıvana iddiaları, Sovet Rusiyası ilə Türkiyə arasındakı münasibətlərdə Naxçıvan məsələsi və muxtar respublikanın yaradılması barədə bəhs edilib.

Elmi sessiyada çıxışlar ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

phrase_var_article.chosen
42
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close