AZ

Bu hallarda beyin daha sürətli qocalır - Alimlərdən XƏBƏRDARLIQ!

İngiltərədə aparılan elmi araşdırma demensiyaya səbəb olan ən zərərli risk faktorlarını üzə çıxarıb.

 

Sfera.az xəbər verir ki, beynin daha sürətli qocalmasına səbəb ola biləcək risk faktorları İngiltərənin Oksford Universitetinin tədqiqatçıları tərəfindən araşdırılıb.

 

Tədqiqat çərçivəsində yaşı 45-dən yuxarı 40 min iştirakçının beyin hüceyrələri analiz edilib. Nəticədə məlum olub ki, şəkərli diabet, nəqliyyatla bağlı hava çirkliliyi və spirt istehlakı demensiyaya tutulma riskini artıran 3 əsas faktordur. Xəstəliyə səbəb ola biləcək digər amillərə qan təzyiqi, xolesterol, diabet, çəki, siqaret və yuxu kimi maddələr də daxildir.

 

Bu araşdırmanın gələcəkdə bu xəstəliyin müalicə strategiyalarına töhfə verə biləcəyi ifadə edilib.

 

Ülkər Abdurahmanlı

phrase_var_article.chosen
39
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close