AZ

Şahramanyan “Artsax”ın buraxılmasından DANIŞDI

“Başa düşürdüm ki, “DQR”-in ləğvi sənədi qeyri-qanuni idi. Amma bu, həmvətənlərimi xilas etməyin yeganə yolu idi”.

Bunu Samvel Şahramanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“Qüvvələr nisbəti əleyhimizə olduğuna görə, müqavimət göstərmək imkanımız olmadı. Odur ki, azərbaycanlılarla tez əlaqə qurduq ki, mülki əhali mümkün qədər döyüş əməliyyatlarından kənarda qalsın. Biz hərbi əməliyyatları 12 saatlıq danışıqlardan sonra dayandıra bildik. Ertəsi gün Qarabağ erməniləri Ermənistana təxliyə edilməsi məsələsi gündəmə gəldi. Beləliklə, biz danışıqların ikinci raunduna başladıq ki, onların təxliyyəsi mümkün qədər rahat getsin”.

Şahramanyan qeyd edib ki, Qarabağda 10-11 nəfər erməni qalıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla