AZ

Məşhur futbolçu ölümdən dönüb (VİDEO)

Bakı. Trend:

“Tottenhem”in braziliyalı forvardı Rişarlison intihar etməkistədiyini deyib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, futbolçu buetirafını ESPN-ə müsahibəsində açıqlayıb.

Buna Braziliya millisinin DÇ-2022-dəki uğursuz çıxışı səbəbolub. “Sambaçılar”ın 1/8 finalda Xorvatiyaya məğlubiyyətiRişarlisonda depressiya yaradıb.

Hücumçu bildirib ki, onu bu vəziyyətdən psixoloq çıxarıb:“2022-ci il çıxış etdiyim ilk dünya çempionatım idi. Pik formadaidim. Uğursuzluqdan sonra həyatın bitdiyini düşünürdüm. İnternetvasitəsi ilə özünəqəsd videolarını axtarırdım. Sizə də məsləhətgörürəm, düşdüyünüz çətin vəziyyətdən çıxmaq üçün psixoloq axtarın.Psixoloqa ehtiyacınız varsa, mütləq ona müraciət edin. Çünkipsixoloqla danışan zaman özünüz olmağa başlayırsız”.

Qeyd edək ki, DÇ-2022-nin qalibi Argentina millisi olub.

Seçilən
46
3
Mənbələr
Şərh ()
Bağla