AZ

İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO

İranın Gilan əyalətində 11 qadın fəal ümumilikdə 60 il həbs cəzasına məhkum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qadın fəalların vəkili Mustafa Nili İranın “Şərq” qəzetinə bununla bağlı müsahibə verib.

“Furuğ Simaniya, Cilvə Xahəri, Zöhrə və Zəhra Dadrəs, Humən Tahiri, Sara Cahani, Mətin Yəzdani, Yasəmin Həşdəri, Şiva Şahsiyah, Negin Rezayi və Azadə Çavuşiana bir ildən 9 ilədək həbs cəzası verilib”, - deyə o bildirib.

Qeyd olunub ki, onlar “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”, “qanunsuz qrup yaratmaq və üzv olmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham ediliblər.

phrase_var_article.chosen
40
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close