AZ

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Ötən

Bakı, 28 mart, AZƏRTAC

Ötən il Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin əməkdaşları tərəfindən bakalavriat və magistratura səviyyələri üçün 4 dərslik, 15 dərs vəsaiti, 7 monoqrafiya, 2 kitab, 232 elmi məqalə çap olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu elmi məqalələrin 181-i respublikada (61-i Ali Attestasiya Komissiyasının siyahısına daxil edilmiş nüfuzlu jurnallarda, 81-i konfrans materiallarında, 37-si digər yerli jurnallarda), 44-ü xaricdə nüfuzlu jurnallarda (16-sı “Scopus” məlumat bazasında indekslənmiş jurnallarda) dərc edilib. İl ərzində fakültə əməkdaşları yerli və beynəlxalq konfranslarda iştirak ediblər. Onların irəli sürdükləri 23 tezis yerli, 43 tezis beynəlxalq konfrans materiallarında çap edilib. 2023-cü ildə fakültədə 29 elmi seminar, 8 ustad dərsi keçirilib.

 

phrase_var_article.chosen
30
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close